İran müdafiə nazirinin müavini Rza Talaei Nik ABŞ-ın artıq beynəlxalq siyasəti diktə etmək gücünü itirdiyini bildirib və Vaşinqtonun “qanunsuz və əsassız tələblərindən” geri çəkilməli olduğunu qəbul etməsinin vacibliyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Müdafiə Nazirliyinin Strateji Planlaşdırma və İdarəetmə İnkişafı üzrə müavini bu açıqlamaları Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Müdafiə Nazirləri Görüşü çərçivəsində verib.
O, ABŞ və İsrailin hücumları ilə başlayan gərginliklə bağlı çıxışında bildirib ki, bu gün dünya ABŞ və sionist rejimi (İsrail) dövlət terrorizminin simvolu kimi görür.
Telayi Nik həmçinin İranın müdafiə qabiliyyətinin gücləndirildiyini qeyd edərək, ölkənin Silahlı Qüvvələrinin ehtiyaclarının təmin olunmasının davam etdiyini bildirib. Onun sözlərinə görə, İran müdafiə sahəsindəki imkanlarını müstəqil ölkələr, xüsusilə ŞƏT-ə üzv dövlətlərlə bölüşməyə hazırdır.
Aytən Yaşar/ Turkustan.az