İran İslam Respublikasının ABŞ Ağ Evi və ya Pentaqonun açıq şəkildə bildirdiyindən daha böyük hərbi imkanlara sahib olduğu bildirilir.
Turkustan.az xəbər verir ki, bu barədə CBS telekanalına mövzu ilə tanış olan bir neçə amerikalı rəsmi şəxs kəşfiyyat məlumatlarına istinadən açıqlama verib.
Mənbələrin məlumatına görə, atəşkəsin başlanmasından əvvəl İranın ballistik raket ehtiyatlarının və onların çatdırılma sistemlərinin təxminən yarısı hələ də toxunulmaz qalıb. Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İKK) dəniz qüvvələrinin təxminən 60 faizinin, o cümlədən sürətli qayıqların hələ də istifadəyə yararlı olduğu bildirilir.
Eyni mənbələr qeyd ediblər ki, İran Hərbi Hava Qüvvələrinin təxminən üçdə ikisi ciddi itkilərə baxmayaraq, ABŞ və İsrailin intensiv hücumlarından sonra da hələ döyüşə hazır vəziyyətdə qala bilər.
Aytən Yaşar/ Turkustan.az