Livan prezidenti Cozef Aun İsrail ordusunun ölkədə qadın jurnalisti öldürməsini qınayaraq, mətbuat nümayəndələrinin hədəf alınmasını “bəşəriyyətə qarşı cinayət” kimi qiymətləndirib.
Turkustan.az xəbər verir ki, Livan Prezident Aparatının açıqlamasına görə, Aun İsrailin Livanın cənubundakı Tayri şəhərinə hücumu zamanı jurnalist Amal Xəlilin həlak olmasından dərin kədər hissi keçirdiyini bildirib, eyni hücumda yaralanan Zeynəb Fərəcəyə isə tezliklə sağalması arzularını çatdırıb.
Aun İsrailin jurnalistləri hədəf alan hücumunu kəskin şəkildə pisləyərək vurğulayıb ki, bu cür əməllər beynəlxalq hüquqa əsasən cəzalandırılmalı olan “insanlığa qarşı cinayət”dir.
O, beynəlxalq ictimaiyyəti belə hücumların qarşısını almaq üçün konkret addımlar atmağa çağırıb.
Qeyd edək ki, çərşənbə günü qüvvədə olan atəşkəsə baxmayaraq, İsrail ordusunun Tayri şəhərinə endirdiyi zərbə nəticəsində bir jurnalist həyatını itirib, digəri isə ağır yaralanıb.
Aytən Yaşar/ Turkustan.az