Əkrəm İmamoğlunun iki ən yaxın silahdaşı haqqında sərbəst buraxılış əmri verildi


İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı davam edən məhkəmə işi çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlunun sürücüləri Osman Zekai Kırat və Rəcəb Cebeci azadlığa buraxılıb.

Turkustan.az xəbər verir ki, məlumata görə, korrupsiya iddiaları üzrə aparılan istintaq çərçivəsində həbs edilən hər iki şəxs Silivridə keçirilən son məhkəmə iclasında sərbəst buraxılıb. Məhkəmə onların uzun müddət həbsdə qalmasını nəzərə alaraq bu qərarı verib.

Eyni zamanda, “Əziz İhsan Aktaş cinayətkar təşkilatı” işi üzrə məhkəmə prosesi də davam edir. Bu iş çərçivəsində 7 bələdiyyə sədri (onlardan 5-i həbsdədir) daxil olmaqla ümumilikdə 200 nəfər təqsirləndirilən şəxs qismində mühakimə olunur.

Əvvəlki iclasda məhkəmə Öndər Gedik, Mehmet Karataş, Mustafa Yolcu, Adnan Acar, Mehmet Şimşek, Rana Uysal və Sencer Hacıoğlunun da azadlığa buraxılması barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, İstanbul 1-ci Ağır Cinayət Məhkəməsinin binası kifayət qədər böyük olmadığı üçün məhkəmə iclasları Marmara Qapalı Həbsxanasının ərazisində yerləşən 3 nömrəli zalda keçirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ