ABŞ-ın raket ehtiyatları azalır: Yeni münaqişələr üçün risk siqnalı


ABŞ ordusunun İrana qarşı həyata keçirilən hücumlar zamanı raket ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, bu vəziyyət “qısamüddətli risk” kimi qiymətləndirilir.

Məlumata görə, həmin hücumlarla başlayan qarşıdurma fonunda ABŞ-ın raket arsenalında ciddi azalma baş verib və yaxın illərdə yeni bir münaqişə yaranacağı təqdirdə sursat çatışmazlığı riski mövcuddur.

CNN telekanalı Pentaqonun raket ehtiyatları ilə bağlı daxili qiymətləndirmələri ilə tanış olan üç mənbəyə istinadən xəbər verir ki, ABŞ ordusu 28 fevralda İrana qarşı başladığı hücumlar zamanı əsas raket ehtiyatlarının mühüm hissəsini istifadə edib.

Bildirilir ki, yaranmış vəziyyət qısamüddətli perspektivdə risk yaradır və ABŞ-ın yaxın bir neçə il ərzində Çin kimi böyük güclə mümkün münaqişə zamanı sursat baxımından çətinliklərlə üzləşə biləcəyi ehtimal olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ