Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ və İran arasındakı danışıqlardakı qeyri-müəyyənliyi tənqid edib.
Turkustan.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabona səfəri zamanı Baş nazir Luis Monteneqro ilə birlikdə qatıldığı tədbirdə çıxış edən Lula da Silva bildirib ki, "Biz ikinci Soyuq Müharibənin tərəfdarı deyilik. Soyuq Müharibəni qəbul etmirik. Çin və ABŞ arasında heç bir ticarət üstünlüyü yoxdur. Biz Çinlə münasibətlər qurmaq istəyirik, eyni zamanda ABŞ, Rusiya, Fransa və hər kəslə heç bir ticarət imtiyazı olmadan münasibətlər qurmaq istəyirik".
Almaniya və İspaniyaya səfərlərindən sonra Braziliya prezidenti Portuqaliyaya da qısa bir səfər etdi və vurğuladı ki, o, "daha çoxtərəfliliyin, daha böyük harmoniyanın və sülhün tərəfdarıdır, çünki bu, münaqişə zonalarında həll yolları ilə bağlı danışıqları asanlaşdırır".
Aytən Yaşar/ Turkustan.az