ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazında atdığı addımların ilk növbədə elə Tehranın özünə ağır zərbə vurduğunu bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, boğazın bağlanması İran üçün gündəlik təxminən 500 milyon dollar itki deməkdir.
Tramp vurğulayıb ki, ABŞ bu vəziyyətdən heç bir zərər görmür, əksinə, bir çox gəmi artıq ABŞ limanlarına yönəlir.
ABŞ lideri qeyd edib ki, İranın atdığı addımlar əslində Vaşinqtonun tətbiq etdiyi blokadanı gücləndirir və Tehran bunu fərqində olmadan edir.
Tramp həmçinin bildirib ki, ABŞ İrana ədalətli və məntiqli razılaşma təklif edib, lakin bu qəbul olunmasa, daha sərt addımlar gündəmə gələ bilər./Musavat.com