Livan prezidenti: Biz suverenliyimizi qoruyacağıq!


Livan prezidenti Cozef Aun İsraillə atəşkəsin tətbiqindən sonra televiziya vasitəsilə xalqa müraciət edib.

Turkustan.az xəbər verir ki, atəşkəsin əldə olunmasında rol oynayan ölkələrə təşəkkürünü bildirib.

Prezident vurğulayıb ki, Livan artıq yeni bir mərhələyə qədəm qoyur:
“Biz atəşkəs rejimini təmin etmək səylərindən davamlı razılaşmalar üzərində işləməyə keçirik. Bu prosesdə xalqımızın hüquqlarını, ərazi bütövlüyümüzü və suverenliyimizi qoruyacağıq”.

Aun həmçinin qeyd edib ki, ölkənin ləyaqətini və təhlükəsizliyini zədələyən heç bir müqaviləyə imza atılmayacaq.

İsraillə mümkün birbaşa danışıqlara da işarə edən prezident əlavə edib:
“Torpağımı geri almaq, xalqımı qorumaq və ölkəmə azadlıq gətirmək üçün hara lazımdırsa getməyə hazıram”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ