Tramp gözlədiyi İran dəstəyini tapdı: Digər ölkələr də qoşulacaq


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Merilend ştatındakı Joint Base Andrews hava limanında baş verən hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Tramp Hörmüz boğazı ilə bağlı çox yaxşı inkişafların olduğunu bildirib və İran tərəfi ilə əldə edildiyini iddia etdiyi müvəqqəti atəşkəsin qüvvədə qaldığını deyib.

Tramp İran limanlarına tətbiq ediləcəyi açıqlanan blokadaya da toxunaraq bildirib: Digər ölkələr İranın neft satmamasını təmin etmək üçün çalışırlar və bu, çox təsirli olacaq.

ABŞ-a neft almaq üçün çox sayda tankerin getdiyini iddia edən Tramp, ölkəsinin Rusiya və Səudiyyə Ərəbistanının birlikdə olduğundan daha çox neft ehtiyatına sahib olduğunu deyib. O əlavə edib ki, bu səbəbdən digər ölkələrin Hörmüz boğazından istifadə etməyə ehtiyacı yoxdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ