Macarıstanın Baş naziri Viktor Orban rəqib “Tisa” partiyasını qələbə münasibətilə təbrik edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, səslərin 60,24%-i sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.
Hakim “Fides” koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb.
“Tisa”nın lideri Peter Macar "X" sosial şəbəkəsində yazıb ki, Orban ona zəng edərək, təbrik edib.