Britaniyadan Xamenei iddiası: O, huşsuz vəziyyətdə müalicə alır


Britaniyanın “The Times” qəzeti diplomatik mənbələrə istinadən iddia edir ki, İranın Ali Lideri Xamenei Qum şəhərində huşsuz vəziyyətdə müalicə alır.

Turkustan.az xəbər verir ki, məlumatda onun ölkəni idarə etmək üçün uyğun vəziyyətdə olmadığı qeyd olunur.

Qəzetin yaydığı xəbərə görə, ABŞ və İsrail kəşfiyyatının qiymətləndirməsinə əsaslanan qeyddə Xameneinin səhhəti ilə bağlı ciddi problemlər yaşadığı bildirilir. Həmin məlumatın Körfəz ölkələri ilə də paylaşıldığı vurğulanır.

Hesabatda həmçinin qeyd olunur ki, huşsuz vəziyyətdə olduğu iddia edilən Xamenei Qumda müalicə alır və bu səbəbdən qərar qəbuletmə proseslərində iştirak edə bilmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ