İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı yaxınlığında İsraillə əlaqəli olduğu iddia edilən bir gəminin kamikadze dronlarla vurulduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilib ki, “MSC İşyka” adlı gəmi boğaz ərazisində pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.
Eyni zamanda qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının 36-cı günündə bölgədə gərginlik daha da artıb. İddialara görə, son 24 saat ərzində ABŞ-İsrail koalisiyası ciddi itkilərlə üzləşib.
Məlumatlarda altı ABŞ hərbi təyyarəsinin hədəfə alındığı, onlardan üçünün isə məhv edildiyi bildirilir. İtkilərin İran hava məkanında F-15E qırıcı təyyarəsinin vurulması ilə başladığı, daha sonra isə yaxın hava dəstəyi üçün istifadə olunan A-10 “Warthog” təyyarəsinin Hörmüz boğazı üzərində vurularaq Küveytdə qəzaya uğradığının iddia edildiyi qeyd olunur.
Bu məlumatlarla bağlı hələlik rəsmi təsdiq verilməyib.
Aytən Yaşar/ Turkustan.az