Saxlanılan 14 məşhur məhkəmə binasındadır! İlk görüntülər


İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan 14 şübhəlinin prosessual hərəkətləri tamamlanıb.

Turkustan.az xəbər verir ki, şəxslər tibbi müayinədən keçirildikdən sonra Çağlayandakı İstanbul Ədliyyəsinə göndəriliblər.

Prokurorluğun açıqlamasında bildirilib ki, ictimai əxlaqın, sosial quruluşun və ailə dəyərlərinin qorunması məqsədilə araşdırma başladılıb. Toplanmış sübutlara əsasən, “şəxsi istifadə üçün narkotik maddə saxlama və ya istifadəsinə şərait yaratma” ittihamı ilə 16 nəfər barəsində həbs qərarı verilib.

İstintaq çərçivəsində 16 ünvanda eyni vaxtda əməliyyat keçirildiyi və saxlanılması nəzərdə tutulan şəxslərin adlarının aşağıdakı kimi olduğu qeyd olunub:

Fikrət Orman, Güzide Aksoy (Güzide Duran), Hakan Sabancı, Kerim Sabancı, Hande Erçel, Burak Elmas, Sezgin Köysüren, Ferhat Aydın, Lütfiye Tuğçe Özbudak, Koray Serenli, Onur Bükçü, İsmail Behram Perinçekli, Kaan Mellart, Mustafa On və Taurdem.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ