İran İsrailin növbəti F-16 qırıcısını vurdu


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin sayca üçüncü – F-16 qırıcısını vurduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qırıcı bu gün səhər saatlarında İran səmasında aviakosmik qüvvələrin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

"Müharibənin ilk 3 həftəsi ərzində düşmənin pilotsuz uçuş aparatları, qanadlı raketləri, yanacaqdoldurma təyyarələri və ən müasir qırıcıları da daxil olmaqla 200-dən çox uçuş aparatının uğurla ələ keçirilməsi İranın hava hücumundan müdafiəsinin gücləndiyini nümayiş etdirir", - mətbuat xidmətindən bildirilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ