Türkiyənin Ordu vilayətinin Ünyə rayonunda sahildə pilotsuz sualtı aparat tapılıb.
Turkustan.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, sualtı aparatın içində təxminən 2 tona yaxın sursat olub.
Ərazidə jandarma qrupları tərəfindən təhlükəsizlik tədbirləri görülüb və ətraf ərazi mühasirəyə alınıb.
Məsələ ilə bağlı araşdırma davam edir.