İraqın Süleymaniyyə əyalətinin İran kürd müxalifət qruplarının yaşadığı Zirgivez kəndində güclü partlayışlar baş verib.
Turkustan.az xəbər verir ki, Süleymaniyyədən yayımlanan Kanal 8-in məlumatına görə, Süleymaniyyənin Zırgıvez kəndində partlayış səsləri eşidilib.
Hesabatda kənddə dörd partlayış səsinin eşidildiyi bildirilsə də, ilkin qiymətləndirmələrə görə, İran rejiminə qarşı çıxan kürd qruplarının ailələri ilə yaşadığı ərazidə heç bir ziyan yoxdur.
Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Aytən Yaşar/ Turkustan.az