Əraqçi gözlənilmədən Bərzaniyə zəng etdi


İranın xarici işlər naziri Abbas Əraqçi gözlənilmədən İraq Kürdüstanının prezidentinə zəng edib.

Turkustan.az xəbər verir ki, İran mediasının məlumatına görə, Abbas Əraqçi Neçirvan Bərzani ilə regional hadisələri və İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının nəticələrini müzakirə edib.

Kürdüstan lideri ABŞ və İsrailin İrana hücumları nəticəsində Ali Liderin və bir neçə İran vətəndaşının ölümü ilə bağlı başsağlığı verib və İraq Kürdüstanının İranla dostluq münasibətlərini qorumaq və inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ