ABŞ-İsrail hücumunun bir hissəsi olaraq fəaliyyət göstərən üç Amerika F-15 qırıcı təyyarəsinin Küveytə məxsus qırıcı təyyarə tərəfindən "təsadüfən" vurulduğu bildirilir.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzeti xəbər verir ki, təyyarənin vurulması ilə bağlı ilkin məlumatlara görə, martın ilk günündə Küveytin bir qırıcı təyyarəsi səhvən üç Amerika F-15 təyyarəsinin vurulmasına səbəb olub.
Qəzetə danışan ABŞ rəsmisi bildirib ki, Küveytin F/A-18 təyyarəsinin pilotu ABŞ təyyarələrinə üç raket atıb və nəticədə hər üç ABŞ təyyarəsi vurulub, lakin pilotlar və sərnişinlər təhlükəsiz şəkildə katapultasiya ediliblər.
Aytən Yaşar/ Turkustan.az