ABŞ-da Donald Tramp administrasiyasının yeni qlobal tarif siyasəti fevralın 24-dən rəsmi olaraq qüvvəyə minib və istisna edilməyən məhsullara əlavə 10 faiz vergi tətbiq olunub.
Turkustan.az xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) istisnalara uyğun mallar xaric olmaqla bütün idxal məhsullarına ilkin mərhələdə 10 faiz əlavə rüsum tətbiq ediləcəyini açıqlayıb.
Bundan əvvəl ABŞ Ali Məhkəməsi fevralın 20-də qərar verib ki, Prezident Donald Trampın tarifləri əsaslandırdığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) prezidentə birtərəfli qaydada tarif tətbiq etmək səlahiyyəti vermir.
Məhkəmə qərarından sonra Tramp həmin gün 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsaslanaraq bütün ölkələrə 10 faiz qlobal tarif tətbiq edilməsini nəzərdə tutan fərman imzalayıb.
Prezident fevralın 21-də isə idxal məhsullarına tətbiq olunan qlobal tarif dərəcəsinin 10 faizdən 15 faizə qaldırılacağını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az