Böyük Britaniya Rusiyaya qarşı 300-ə yaxın yeni sanksiya tətbiq etdi


Böyük Britaniya Rusiyanın enerji sektoru da daxil olmaqla, onun vacib gəlir mənbələrini hədəf alan təxminən 300 yeni sanksiya elan edib.

Turkustan.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümündə elan edilən sanksiyaların bu dövrdə Rusiyaya qarşı tətbiq edilən ən böyük sanksiya paketi olduğunu bildirib.

Bəyanatda qeyd olunur ki, sanksiyalar dünyanın ən böyük neft boru kəməri şirkətlərindən biri olan və Rusiyanın neft ixracının 80 faizindən çoxunu daşıyan PJSC Transneft-i hədəf alır və beynəlxalq sanksiyalar bu günə qədər Rusiyaya 450 milyard dollardan çox ziyan vurub.

Bəyanatda deyilir ki, "kölgə donanması operatoru 2Rivers"in neft şəbəkəsindəki 175 şirkət və 48 neft tankeri sanksiyalara məruz qalıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ