Pezeşkiandan ŞOK AÇIQLAMA: Ölkə ciddi təhlükəylə üz-üzədir


İran prezidenti Məsud Pezeşkian ölkədəki sosial vəziyyətlə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, İran prezidentliyinin veb saytının məlumatına görə, Pezeşkian "Quran Mədəniyyətinin İnkişafı Şurası"nın iclasında iştirak edib.

Pezeşkian buradakı qiymətləndirməsində ölkədə son zamanlar artan etirazlarla bağlı bunları deyib:

"Nümayişlərin bəziləri ictimai narazılıqdan qaynaqlanır. Əgər ədalət hissi olsaydı, bu narazılıq baş verməzdi. Bizim vəzifəmiz bölünmələri aradan qaldırmaq və ictimai etimadı bərpa etməkdir. Cəmiyyətin qütbləşməsi ölkəni ciddi çətinliklərlə üzləşmək riski altına qoyur."

O, Quranın insanları dürüst və əxlaqlı olmağa dəvət etdiyini bildirərək əlavə etdi: "Əgər biz müsəlmanıqsa, dürüstlükdə nümunə olmalıyıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ