ABŞ-a məxsus 11 ədəd F-22 “Raptor” tipli qırıcı təyyarə İsrailin Ovda aviabazasına eniş edib.
Turkustan.az xəbər verir ki, bu barədə Clash Report məlumat yayıb. Bildirilir ki, təyyarələr Böyük Britaniyadakı RAF Lakenheath aviabazasından havaya qalxaraq İsrailə gəlib.
Məlumata görə, 12-ci F-22 təyyarəsi yanacaq sızması səbəbindən geri qayıtmalı olub. Qeyd edək ki, F-22 “Raptor” ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil qırıcı təyyarəsidir və yüksək manevr qabiliyyəti, görünməzlik texnologiyası və hava üstünlüyü imkanları ilə seçilir.
ABŞ-ın bu addımı regionda artan hərbi gərginlik fonunda diqqət çəkir. /nocomment.az/