Azərbaycan və Ermənistan XİN başçılarının müavinləri görüşdü


Fevralın 24-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.


MANŞET XƏBƏRLƏRİ