ABŞ müdafiə naziri Pit Heqset yadplanetlilərin mövcudluğunu etiraf edib. O bildirib ki, rəhəbrlik etdiyi nazirlik “uçan boşqablar” haqqında məlumatları dərc etdikdən sonra konkret informasiya ortaya çıxacaq.
Turkustan.az xəbər verir ki, o, "Baxarıq. Məlumatları nəzərdən keçirib öyrənəcəyəm", - deyə yadplanetlilərin mövcudluğu ilə bağlı suala cavab olaraq bildirib.
O əlavə edib ki, heç vaxt Pentaqon rəhbəri kimi yadplanetlilərlə bağlı sənədlərin dərc olunmasının onun vəzifələrinin bir hissəsi olacağını təsəvvür etməyib.
"İşçilərimiz hazırda bunun üzərində işləyirlər. Bunun nə qədər vaxt aparacağını əvvəlcədən demək istəmirəm, amma biz artıq işə başlayırıq", - deyə Heqset qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tram, sələfi Barak Obamanın yadplanetlilərin mövcudluğunu etiraf etməsindən sonra Pentaqonun yadplanetlilər və UNO-lar haqqında məlumatları dərc edəcəyinə söz vermişdi. O, məsələnin son dərəcə mürəkkəb, lakin çox maraqlı və vacib olduğunu bildirib. /Cebheinfo.az/