Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə bağlı qarşıya qoyulan bütün məqsədlərə çatmadıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Rusiyanın Ukrayna ilə bağlı məqsədlərinə çatıb-çatmadığı ilə bağlı suala cavab olaraq Peskov deyib: "Məqsədlərin çoxuna nail olunmayıb. Ən vacib məqsədimiz Ukraynanın şərqində yaşayan və ölüm təhlükəsi ilə üzləşən insanların təhlükəsizliyini təmin etməkdir. Lakin bütün məqsədlərə nail olunmayıb. Buna görə də (Ukraynada) xüsusi hərbi əməliyyat davam edir".
Digər tərəfdən, Peskov Ukrayna böhranının diplomatik həllinə açıq olduqlarını bildirərək, "Bu istiqamətdə işlər davam edir. Hər halda, Rusiyanın maraqları təmin ediləcək. Sülhə nail olmaq üçün səylərimizi davam etdiririk. Bu barədə mövqeyimiz aydın və ardıcıldır. İndi hər şey Kiyev administrasiyasının hərəkətlərindən asılıdır" dedi.
Aytən Yaşar/ Turkustan.az