Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Turkustan.az-ın məlumatına görə, sənəddə deyilir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görsün.

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidir.


MANŞET XƏBƏRLƏRİ