İran hökumətinin sözçüsü Fatma Mohacerani universitetlərdə əks fikirli tələbələr arasında baş verən qarşıdurmalarla bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Muhacerani paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
Universitet tələbələrinin gənc və aktiv olduğunu vurğulayan Muhacerani bildirib ki, "Tələbələrin etiraz etmək hüququ var, amma hamımız qırmızı xətlərə hörmət etməliyik. Müqəddəs dəyərlər və bayraq bizim qırmızı xətlərimizdir. Hökumət universitetlərdəki tələbələri dinləməyə hazırdır".
Muhacerani universitet tələbələrinin qəzəbini başa düşdüklərini, lakin problemlərin dialoq yolu ilə həll edilməli olduğunu bildirərək əlavə etdi: "Biz inanırıq ki, nə elmin qarşısı alınmalı, nə də etiraz edənlərin buna mane olmasın".
Mühacərani, bütün rəhbər kadrların hazırda ölkəni müharibə təhlükəsindən uzaq tutmağa çalışdığını qeyd edərək, hər kəsi ölkədəki mövcud vəziyyəti diqqətlə qiymətləndirməyə və İranı bölmək planlarına qarşı çıxmağa çağırdı.
Aytən Yaşar/ Turkustan.az