Adı Epştein sənədlərində yer alan daha bir şirkət rəhbəri istefa verdi


BƏƏ-də fəaliyyət göstərən liman əməliyyat şirkəti DP World, ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteynlə bağlı açıqladığı sənədlərdə adı hallanan Sultan Əhməd bin Süleymin şirkətin baş direktor vəzifəsindən istefa verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, Essa Kazım idarə heyətinin sədri Yuvraj Narayan isə şirkətin yeni baş direktoru təyin olunub.

2019-cu ildən bəri Dubayın aparıcı liman əməliyyat şirkətlərindən biri olan DP World-ün baş direktoru vəzifəsində çalışan Bin Sulayemin Ceffri Epşteynlə çoxsaylı görüşləri və yazışmaları olduğu məlum olub.

Bu əlaqələrin üzə çıxmasından sonra, Böyük Britaniya və Kanadada yerləşən bəzi təşkilatlar DP World-ə yeni investisiyalar qoymayacaqlarını açıqlayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ