ABŞ-ın ən böyük banklarından biri olan Goldman Sachs-ın vəkili Keti Ruemmler ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Epşteyn sənədlərində adı hallandıqdan sonra vəzifəsindən istefa verəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Ağ Ev müşaviri vəzifəsində çalışmış Ruemmler 30 iyun tarixindən etibarən Goldman Sachs-dakı vəzifəsindən ayrılmaq qərarına gəlib. Qəzetə verdiyi açıqlamada Ruemmler Epşteyni tanıdığına görə təəssüfləndiyini bildirib.
Goldman Sachs şirkətinin baş direktoru Devid Solomon verdiyi açıqlamada bildirib ki, "O, hamımızın dostu oldu və darıxacağıq. Onun istefasını qəbul edirəm və qərarına hörmətlə yanaşıram".
Sənədlərdə Ruemmlerin 2018-ci ildə Epsteini "əmi Ceffri" adlandırdığı və onların 2014-2019-cu illər arasında Epstein ilə ünsiyyətdə olduqlarını göstərən yazışmaların olduğu ortaya çıxıb.

Aytən Yaşar/ Turkustan.az