Bu görüntülər Ərdoğanı qəzəbləndirdi! O, sərt danışdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Genişləndirilmiş Vilayət Sədrləri Yığıncağında çıxış edərək cari siyasi məsələlərə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, parlamentdə baş verən insidentə toxunan Ərdoğan CHP-ni sərt tənqid edib. O bildirib ki, yeni nazirlərin andiçmə mərasiminin qarşısını almaq üçün parlament kürsüsünün ələ keçirilməsi də daxil olmaqla, qəbuledilməz addımlar atılıb.

“Bu, konstitusion hüquqdur. Andlar verildi və məsələ həll olundu. Sadəcə sakit qalaraq prosesin normal şəkildə tamamlanmasına imkan vermək olardı. Lakin onların demokratik anlayışı yoxdur”, – deyə Ərdoğan vurğulayıb.

Prezident qeyd edib ki, Məclisdə baş verənlər milli iradəyə və Türkiyə Böyük Millət Məclisinin nüfuzuna xələl gətirir. O, əsas müxalifətin davranışlarını qınadığını və bu cür addımların siyasi institutlara etimadı sarsıtdığını bildirib.

Ərdoğan çıxışında Məclisin dava və qarşıdurma yeri olmadığını, millətin hüquq və maraqlarının qorunduğu ali qanunverici orqan olduğunu vurğulayıb. O, siyasi mübarizənin hörmət və demokratik çərçivədə aparılmasının vacibliyini qeyd edib.

Meclis'teki yumruklu kavga Cumhurbaşkanı Erdoğan'ı çok kızdırdı! Kürsüden esti gürledi

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ