Epşteyn işində adı hallanan slovak diplomat istefa verdi


ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq məhkəmə prosesi zamanı həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı yeni dərc olunan sənədlərdə adı keçən slovak diplomat Miroslav Layçak istefa verib.

Turkustan.az xəbər verir ki, Slovakiya mətbuatının yaydığı məlumata görə, yeni açıqlanan Epşteyn sənədlərində Slovakiya Baş naziri Robert Fikonun xarici işlər və milli təhlükəsizlik üzrə müşaviri Miroslav Layçakın da adı çəkilir.

Məlumata əsasən, Layçak ilə Epşteyn arasında aparılan yazışmalarda tez-tez şəxsi mesajlar yer alıb və bu söhbətlər “qadınlar və geosiyasi məsələlər” də daxil olmaqla geniş mövzuları əhatə edib.

Bundan əlavə, iddialara görə, Epşteyn həmin dövrdə Slovakiyanın xarici işlər naziri olan Layçakı evinə dəvət edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ