İran HƏYƏCAN İÇİNDƏ: Ölkə blokadaya alınır


ABŞ prezidenti Donald Trampın administrasiyası İrandan neft ixracını dayandırmağa yönəlmiş dəniz blokadası tətbiq etmək imkanını araşdırır.

Turkustan.az "The New York Times"a istinadən xəbər verir ki, bu blokada Venesuelaya qarşı tətbiq olunan tədbirlərə bənzər olacaq.

Nəşr yazır ki, Tramp etirazların müvəqqəti olaraq azalmasına baxmayaraq, İranın iqtisadi zəifliyi və hökumətinin qeyri-sabitliyi barədə kəşfiyyat məlumatları alıb.

Ötən həftəsonu ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper Suriya, İraq və İsraildə hərbi və müttəfiq görüşləri keçirib. ABŞ rəsmiləri İraqa İranyönümlü qüvvələrinin bazalara və qoşunlara hücumları halında cavab tədbirlərinin mümkünlüyü barədə xəbərdarlıq edib. Məsləhətləşmələr həmçinin Səudiyyə Ərəbistanı və Qətərlə də aparılıb.

Pentaqon bölgədə hərbi mövcudluğunu artıraraq "F-15E" qırıcısı, "Patriot" və THAAD hava hücumundan müdafiə sistemlərini göndərib. ABŞ uzaqmənzilli bombardmançıları isə artıq iki həftədən çoxdur ki, yüksək döyüş hazırlığı vəziyyətindədir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ