İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İran Səhiyyə Nazirliyinin rəsmilərinə istinad edilərək Time jurnalında irəli sürülən “etirazlarda 30 min insanın öldüyü” iddiasını təkzib edib.
Turkustan.az xəbər verir ki, Bekayi ABŞ-da yerləşən X sosial media platformasında paylaşım edərək Time jurnalının İran etirazları ilə bağlı iddialarına münasibət bildirib.
O, Time jurnalının guya İran Səhiyyə Nazirliyinin rəsmilərinə əsaslanan “etirazlarda 30 min nəfərin öldüyü” məlumatını “Hitler üslubunda böyük bir yalan” adlandırıb və əlavə edib:
“İran küçələrində öldürməyi planlaşdırdıqları rəqəm bu deyildimi? Amma uğursuz oldular”.
Bekayi vurğulayıb ki, 30 min ölüm iddiası “pis niyyətli şəxslər” tərəfindən irəli sürülüb və bildirib ki, “indi onlar mediada saxtakarlıq etməyə çalışırlar”.
Aytən Yaşar/ Turkustan.az