Zelenski: Mənim mövqeyim dəyişməyib


Ukrayna Prezidenti Zelenski səfərdə olduğu Litvanın paytaxtı Vilnüsdə Polşa Prezidenti Karol Navrotski və Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransı keçirib.

Turkustan.az xəbər verir ki, Zelenski müharibəyə son qoymaq üçün ABŞ tərəfi ilə birlikdə üzərində işlədikləri Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı sənədin imzalanmağa hazır olduğunu bildirib və bunları əlavə edib:

"Sənəd 100 faiz hazırdır və müttəfiqlərimizin onu imzalamaq üçün tarix və yer barədə razılığa gəlməsini gözləyirik. Daha sonra sənəd təsdiq üçün ABŞ Konqresinə və Ukrayna Parlamentinə təqdim ediləcək."

Zelenski çıxışında bir gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən danışıqlara da münasibət bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ