İspaniyanın Baş naziri Pedro Sançez ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçirilən Sülh Şurasına qoşulmaq dəvətini rədd etdiklərini açıqladı.
Turkustan.az xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançez ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçirilən Sülh Şurasında iştirak etməyəcəklərini bildirərək, "Dəvət üçün təşəkkür edirik, amma imtina edirik" dedi.
ABŞ Prezidenti Donald Tramp tərəfindən təsis edilən və beynəlxalq mübahisələrin həlli üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq edəcəyini açıqlayan Sülh Şurasına çoxsaylı ölkələr dəvət olunub. Təsis nizamnaməsi dünən imzalanan Sülh Şurasında ABŞ da daxil olmaqla ümumilikdə 22 ölkə iştirak edir.
Tramp tərəfindən Sülh Şurasına çoxsaylı ölkələr dəvət olunsa da, İspaniya dəvəti rədd etdi. İspaniyanın Baş naziri Pedro Sançez dünən keçirilən Avropa İttifaqı (AB) Liderlər Zirvəsindən sonra mətbuata açıqlamasında ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçiriləcək Sülh Şurasında iştirak etməyəcəklərini açıqladı və "Dəvət üçün təşəkkür edirik, amma imtina edirik" dedi.
İspaniyanın Baş naziri Sançez İspaniyanın BMT-yə və çoxtərəfliliyə sadiqliyi səbəbindən təşəbbüsdə iştirak etmədiyini bildirdi və Fələstin Muxtariyyətinin də şurada təmsil olunmadığını vurğuladı.
Aytən Yaşar/ Turkustan.az