Aİ liderlərinin Qrenlandiya üzrə fövqəladə sammiti başladı


ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları və əlavə tariflərlə bağlı təhdidlərindən sonra Avropa Birliyi (AB) liderləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəldi.

Turkustan.az xəbər verir ki, Brüsseldə 27 Aİ üzv ölkəsinin dövlət və hökumət başçılarının iştirakı ilə 2026-cı ilin ilk Aİ Liderlər Zirvə Görüşü başlayıb.

Qeyri-rəsmi şam yeməyi üslubunda keçirilən görüşə Avropa Şurasının prezidenti Antonio Kosta sədrlik edir.

Zirvə toplantısının girişində mətbuata açıqlama verən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas əsas gündəmin transatlantik münasibətlər olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ