Tramp: Davosda Zelenski ilə görüşümüz yaxşı keçdi


ABŞ Prezidenti Donald Tramp Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşü “çox yaxşı” adlandırıb və münaqişənin sona çatdırılması istiqamətində irəliləyiş olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Tramp və Zelenski İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumu (WEF) çərçivəsində təxminən bir saat davam edən qapalı görüş keçiriblər.

ABŞ prezidenti həmçinin Rusiya Prezidenti Vladimir Putin, eləcə də ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə də görüşlərin planlaşdırıldığını təsdiqləyib.

Ukrayna Prezidenti Zelenski də qısa açıqlamasında Trampla görüşünü “çox yaxşı” kimi dəyərləndirib. O, sosial şəbəkə paylaşımında Davosda keçirilən WEF-in 56-cı İllik Toplantısı çərçivəsində Trampla görüşdüyünü qeyd edib.

Zelenski bildirib ki, tərəflərin nümayəndə heyətləri müharibəyə son qoymaq üçün müvafiq sənədlər üzərində “demək olar ki, hər gün” işləyir və əlavə edib ki, hazırda bu sənədlər daha yaxşı şəkildə formalaşdırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ