Qalmaqal: Rusiya hərbi attaşesi bu ölkədən qovuldu


22 yanvarda Rusiyanın Almaniyadakı səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona bir gün əvvəl Almaniya hüquq-mühafizə orqanları tərəfindən Rusiya Federasiyasının maraqları naminə casusluqda şübhəli bilinən Almaniya və Ukrayna ikili vətəndaşlığı olan şəxsin saxlanıldığı və casusun rəhbəri olan diplomatın (Rusiyanın Almaniyadakı səfirliyinin hərbi attaşesinin) persona non qrata elan edildiyi bildirilib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

Səfirlik bunu “casus maniyası” adlandırıb və ittihamları rədd edib:

“Almaniya tərəfinin açıq-aşkar uydurma bəhanələrlə Rusiya-Almaniya münasibətlərində daha da gərginləşmə kursuna başlamasından təəssüfümüzü bildirir və Berlinin qeyri-dost hərəkətlərinin cavabsız qalmayacağını vurğulayırıq”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ