Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndə heyətinin bu gün Moskvaya gedəcəyini, ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların isə sabah və o biri gün Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun kuluarlarında bildirib. O, bir il əvvəl Avropanın özünü müdafiə etməyi öyrənməli olduğunu vurğuladığını, lakin bu istiqamətdə ciddi irəliləyiş görmədiyini qeyd edib.
Zelenski həmçinin Qrenlandiya ətrafında yaranan müzakirələrə, İranda baş verən etirazlara toxunaraq Avropanın passiv mövqe tutduğunu bildirib və Putinin hələ də mühakimə olunmamasını tənqid edib.
Aytən Yaşar/ Turkustan.az