Davosa gedən Trampın təyyarəsində nasazlıq: Səfər yarımçıq qaldı


Davos sammitinə gedən ABŞ prezidenti Trampın təyyarəsi elektrik nasazlığı səbəbindən ABŞ-a qayıdıb.

Turkustan.az xəbər verir ki, Ağ Ev İsveçrəyə uçan Prezident Donald Trampın təyyarəsinin havaya qalxdıqdan qısa müddət sonra elektrik nasazlığı səbəbindən "ehtiyat tədbiri olaraq" Vaşinqtona qayıtdığını və Trampın səyahətinə yeni təyyarə ilə davam edəcəyini açıqladı.

Ağ Evin sözçüsü Karolin Livitt Trampı Davosa uçarkən müşayiət edən jurnalistlərə prezidentin təyyarəsi ilə bağlı açıqlama verib. Leavitt bildirib ki, Trampın AF1 təyyarəsi elektrik nasazlığı səbəbindən "ehtiyat tədbiri olaraq" Vaşinqton yaxınlığındakı Birgə Baza Andrews Hava Limanına qayıdıb və ABŞ prezidenti Davosa səfərini yeni təyyarə ilə davam etdirəcək.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ