Dəməşq və YPG görüşü nəticəsiz qaldı: Razılaşma əldə edilmədi


Suriya prezidenti Əhməd Şara ilə YPG/SDG terror təşkilatının lideri Məzlum Abdi arasında paytaxt Dəməşqdə atəşkəs və tam inteqrasiya sazişinin tətbiqi ilə bağlı keçirilən görüşün nəticəsiz başa çatdığı məlum olub.

Turkustan.az xəbər verir ki, Şara və Əbdi arasında dünən Dəməşqdə keçirilən danışıqlarla bağlı sualları cavablandıran Suriya hökuməti, 10 mart tarixli razılaşmanın, yaxud atəşkəs və tam inteqrasiya sazişinin icrası ilə bağlı tərəflər arasında heç bir razılaşma əldə olunmadığını bildirib.

Hökumət mənbəsi bildirib ki, "SDF tərəfi görüş zamanı lazımi çeviklik göstərməyib. Qarşıdakı dövrdə yeni görüşlər keçiriləcək".

Qətərdə yerləşən "Əl-Cəzirə" televiziya kanalının Telegram hesabında dərc olunmuş məlumata görə, görüşdə əsasən ölkənin şimal-şərqində, İraqla sərhəddə yerləşən Haseke əyalətinin statusu müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ