Trampın “ada planı”nın arxasında Ukraynanın təslimçiliyi dayanır - ŞOK İDDİA


Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev son müsahibəsində diqqətçəkən bir iddia ilə çıxış edib. Onun fikrincə, ABŞ prezidenti Donald Trampın “Qrenlandiya planı”nın arxasında Ukraynanın kapitulyasiyaya məcbur edilməsi dayanır.

qudret.jpg (90 KB)

Sitat: “Tramp bu iddiaları ilə Avropanı məcbur edir ki, Ukraynanı müdafiə etməsinlər, əksinə, onu kapitulyasiyaya məcbur etsinlər, Ukraynanın işğal olunmuş ərazilərini Rusiya torpaqları kimi tanısınlar. Görmürsünüz, ABŞ-nin təmsilçiləri Rusiya ilə danışıqlarda Putinin rəsmi nümayəndələri kimi çıxış edirlər”.

Doğrudan da Tramp Ukraynanı bu yolla təslimçi sülhə sürükləyir?

sona1.jpg (35 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Maduronun taleyi Qrenlandiya rəhbərliyini də gözləyir:

“ABŞ Qrenlandiyanı işğal etməyə hazırlaşır. Fikrimcə, ən qısa zamanda bu gerçəkləşəcək. Avropa və qoca qitənin NATO-dakı dəstəkçiləri də səsini çıxarmayacaq. Hətta Fransa və Almaniya da proseslərə səssiz qalacaq. Yəni “quru bəyanatlar”dan o tərəfə keçməyəcəklər.

Qrenlandiyanın işğalı isə Venesuelasayağı baş verəcək. ABŞ adanın rəhbərliyini həyata keçirən şəxsləri bir gecədə Maduro kimi qandallayıb aparacaq. Venesuelanın işğalından sonra Birləşmiş Ştatlar dünya hərbi siyasət tarixinə yeni “Venesuela metodu” gətirdi. Rusiya və Çin də baş verən proseslərə səssiz qalacaq. Beləliklə, ruslar Ukraynanı, çinlilər isə Tayvanı öz nəzarətinə götürəcək. Artıq yeni dünya nizamına start verilib. Qaydalar da məhz bu cür işləyir”.


MANŞET XƏBƏRLƏRİ