Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Peyğəmbər Məscidində oğul öz atasını boğmağa çalışıb.
Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, Peyğəmbər Məscidində ölən şəxsin cənnətə getdiyinə inanan şəxs atasının da cənnətə getməsini istədiyi üçün onu boğaraq öldürmək istəyib.
Məsciddəki mühafizə xidməti əməkdaşlarının köməyi sayəsində yaşlı kişi xilas edilib və xəstəxanaya yerləşdirilib.
Atasını “cənnətə göndərmək” istəyən oğul isə saxlanılaraq polis bölməsinə göndərilib.
Ata və oğulun hansı ölkənin vətəndaşları olmaları barədə məlumat verilməyib./axar.az