ABŞ dövlət katibi Marko Rubio Amerika silahlı qüvvələrinin Venesuelada quru əməliyyatı keçirməsini istisna etməyib.
Turkustan.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib.
Belə bir əməliyyatın keçirilməsi imkanı ilə bağlı suala cavab verən Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp bütün bu məsələlərlə bağlı mümkün tədbirlər toplusunu həmişə özündə saxlayır.
“Şübhəsiz ki, o, konstitusiyaya əsasən ölkəmizə birbaşa təhdidlərə qarşı tədbirlər görmək hüququna və imkanına malikdir”, – ABŞ dövlət katibi vurğulayıb.
Bununla yanaşı, o, ABŞ-nin Karib dənizindəki hərbi-dəniz qruplaşmasının təkcə narkotiklərin daşınması üçün istifadə edilən katerlərin qarşısını kəsmək deyil, həm də Venesuela limanlarına daxil olan və oradan çıxan istənilən gəmiləri saxlamaq qabiliyyətinə malik olduğunu ifadə edib./Globalinfo.az