“Trampın qızı”ndan tələb: Maduronu azad et - Foto


Donald Trampın qızı olduğunu iddia edən türkiyəli Necla Özmen son hadisələrlə bağlı “Haber Global”ə danışıb.

Turkustan.az xəbər verir ki, o, Venesuela prezidenti Nikolas Maduronun sərbəst buraxılmasını tələb edib:

"Atam Donald Trampa müraciət edirəm. Maduronu azad etməsini istəyirəm".

Ankarada yaşayan 55 yaşlı Necla Özmen bir müddətdir atalıq şəhadətnaməsindəki qeyri-müəyyənliyə və ailəsindən eşitdiyinə əsasən Donald Trampın onun bioloji atası ola biləcəyini iddia edir. Lakin Özmen Maduro ilə bağlı "atası" ilə eyni fikirdə deyil./"Yeni Sabah"


MANŞET XƏBƏRLƏRİ