İsrail Qəzzanı bombalayaraq Xan Yunusda binaları dağıtdı


İsrail ordusu Qəzza zolağının müxtəlif ərazilərinə hava hücumları həyata keçirib, eyni zamanda Xan Yunisin şərqindəki ərazilərdə partlayıcı maddələrlə dolu çoxsaylı binaları partladıb.

Turkustan.az xəbər verir ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, İsrail Qəzza zolağına hücumlarını davam etdirir.

Yerli mənbələrin məlumatına görə, İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı Xan Yunisin şərq bölgələrinə iki hava hücumu həyata keçirib.

Hava hücumları ilə eyni vaxtda İsrail hərbi maşınlarının şəhərin cənub və şərq hissələrindən şiddətli atəş açdığı bildirilir.

İsrail hərbi təyyarələri həmçinin Qəzzanın cənubundakı Rəfah şəhərinə üç hücum həyata keçirib.

İsrail artilleriyası Qəzzanın şimalındakı Cəbəliya qaçqın düşərgəsinin şərqindəki ərazini və Qəzza şəhərinin şərq bölgələrini hədəfə alıb.

Hücumlar nəticəsində ölən və ya yaralananlar barədə hələlik heç bir məlumat verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ