ABŞ və İsrail İrana zərbə endirəcək - KİV


İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp danışıqlar uğursuz olarsa, İrana zərbə endirmək barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti və baş nazir görüş zamanı İran onların şərtləri ilə razılaşmasa, ona hücum etmək barədə razılığa gəliblər. Anlaşma Qəzzada müharibənin ikinci mərhələsinə keçidi və Livanda bitərəfliyin qorunub saxlanmasını da əhatə edir.

Qeyd edək ki, Netanyahu ilə Tramp arasında görüş 28 dekabr 2025-ci ildə baş tutub./axar.az


MANŞET XƏBƏRLƏRİ