İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və bir çox məşhur şəxsin saxlanıldığı narkotik istintaqı bu səhər gərgin saatlar yaşayır.
Turkustan.az xəbər verir ki, məşhur “Kızılcık Şerbeti” serialının baş rol ifaçılarından olan Doğukan Güngör və sosial media fenomeni Burak Altındağ narkotik axtarışı çərçivəsində saxlanılıb.
Orta məktəb və universitet təhsilini Ankarada başa vuran Altındağ, özünəməxsus şərhi ilə məşhur insanların şəkillərini yumoristik şəkildə paylaşaraq şöhrət qazanıb.
Şəxsi həyatı ilə bağlı təfərrüatları sosial mediada paylaşmayan influenserin partnyoru olub-olmadığı məlum deyil.
İstanbul Baş Prokurorluğu 8 oktyabrdan bəri məşhurları hədəf alan narkotik araşdırması çərçivəsində çoxsaylı əməliyyatlar həyata keçirib. Musiqiçilər, menecerlər və iş adamları, bir çox tanınmış ictimai xadim ifadələr verib, narkotik testi üçün qan və saç nümunələri təqdim ediblər. İstintaq çərçivəsində bəzi həbslər də edilib.
Aytən Yaşar/ Turkustan.az