İran əlində olan 400 kiloqram zənginləşdirilmiş uranı təhvil verməli, həmçinin, bütün nüvə obyektlərinə ciddi və effektiv nəzarəti təmin etməlidir.
Bunu ölkənin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında bildiirb.
O qeyd edib ki, ötən ayın sonlarında ABŞ-yə səfəri zamanı Prezidenti Donald Trampla İranın nüvə proqramını müzakirə edib.
"Əlbəttə ki, biz İranı da müzakirə etdik. Ortaq mövqeyimizi bir daha təsdiqlədik: Bir tərəfdən İrandan 400 kq zənginləşdirilmiş materialın çıxarılması, digər tərəfdən nüvə proqramı obyektləri üzərində ciddi, real nəzarətin qurulması zərurəti", - deyə Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, İsrail hökuməti, dövləti və şəxsən o özü etiraza qalxmış İran xalqının yanındadır./oxu.az