Tramp Venesuela ilə bağlı plan hazırlayır: siyahısında 3 ad var


“Venesuela lideri Nikolas Maduro hərbi əməliyyat nəticəsində ələ keçirildikdən sonra Tramp administrasiyası ölkəni idarə etmək üçün bir plan hazırlayır”.

Turkustan.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzeti yüksək vəzifəli bir məmura istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu məsələ ilə bağlı işçi qrupuna dövlət katibi Marko Rubio Pentaqon rəhbəri Pit Heqset və Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller daxildir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Venesuelanı “ölü ölkə” adlandırmış və ABŞ-ın normal fəaliyyətini təmin etmək üçün müvəqqəti olaraq onu idarə edəcəyini bildirmişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ